Bakı. Trend:
Hava şəraitinin pisləşməsi ilə əlaqədar İtaliyanın cənubundakı İskya adasında 1,3 minə yaxın insan təxliyə edilib, orada "sarı" hava xəbərdarlığı elan edilib.
Trend-in məlumatına görə, bui barədə "Sky TG24" televiziya kanalı xəbər verib.
Meteoroloqların məlumatına görə, yaxın bir neçə saat ərzində adaya 40 mm-dən çox yağış yağacağı gözlənilir.
Keçən şənbə Neapol körfəzindəki adada leysan yağıb, daşqınlara səbəb olub. Torpaq sürüşməsi nəticəsində 11 nəfər həlak olub, 300-ə yaxın insan evsiz qalıb.