...

Argentinanın vitse-prezidenti Fernandes de Kirşner korrupsiya işində təqsirli bilinib

Dünya xəbərləri Materials 7 Dekabr 2022 05:48 (UTC +04:00)
Argentinanın vitse-prezidenti Fernandes de Kirşner korrupsiya işində təqsirli bilinib

Bakı. Trend:

Buenos-Ayres Federal Məhkəməsi çərşənbə axşamı Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşneri korrupsiya işində təqsirli bilib.

Trend xəbər verir ki, bu barədə məhkəmə iclası zamanı hakim bəyan edib.

Hakimin sözlərinə görə, Kristina Fernandes de Kirşner altı il müddətinə azadlıqdan məhrum edilib. "Kristina Fernandes de Kirşneri 6 il həbs cəzasına məhkum etmək və ona ömürlük dövlət vəzifəsində işləmək qadağası qoymaq", - deyə hakim bildirib.

Məhkəmə prosesi "Youtube"da canlı yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti