...

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya "Chinook" helikopterlərinin satışını təsdiqləyib

Dünya xəbərləri Materials 7 Dekabr 2022 06:33 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Cənubi Koreyaya "Chinook" helikopterlərinin satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya ümumilikdə 1,5 milyard dollar dəyərində "CH-47F Chinook" helikopterlərinin və müxtəlif avadanlıqların mümkün satışını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyindən bildirilib.

Seul bundan əvvəl bu helikopterlərdən 18-ni, ehtiyat hissələrini, silahları və onlar üçün müxtəlif sistemləri almaq üçün icazə istəyib.

"Bu təklif olunan satış Asiya-Sakit Okean regionunda siyasi sabitliyin və iqtisadi inkişafın təşviqində mühüm rol oynayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq", - deyə sənəddə qeyd edilir.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti