...

Rusiyadan Aİ-yə sanksiyalarla bağlı xəbərdarlıq

Dünya xəbərləri Materials 7 Dekabr 2022 14:32 (UTC +04:00)
Rusiyadan Aİ-yə sanksiyalarla bağlı xəbərdarlıq

Bakı. Trend:

Moskva Avropa İttifaqının (Aİ) istənilən sanksiyalarına öz maraqlarını nəzərə alaraq cavab verəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Siz çox yaxşı bilirsiniz ki, istənilən sanksiyalara ölkəmizin maraqlarına əsaslanaraq, idarələrarası formatda işlənib hazırlanaraq, əlaqələndirilərək, yoxlanılaraq proporsional cavab verilir”, - deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya məhdudiyyətlər şəraitində yaşamağı öyrənib.

Xatırladaq ki, dekabrın 6-da Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov xəbərdarlıq etmişdi ki, Qərb və onun müttəfiqləri Rusiyanın yeni məhdudiyyətlərə qarşı istənilən cavabına hazır olmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti