...

Aİ karbon emissiyalarına görə aviaşirkətləri əlavə ödənişə məcbur edir

Dünya xəbərləri Materials 7 Dekabr 2022 19:58 (UTC +04:00)
Aİ karbon emissiyalarına görə aviaşirkətləri əlavə ödənişə məcbur edir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ətraf mühitin çirklənməsinə görə aviaşirkətlərin məsuliyyətini artıran qanunla razılaşıb ki, bu da karbon emissiyalarına görə daşıyıcıların ödənişini artıracaq.

Trend xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Məlumata görə, qanun emissiyaların azaldılmasını stimullaşdırmaq üçün 2026-cı ilə qədər aviaşirkətlərə pulsuz karbon kovtalarının verilməsinin mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tutur. Hazırda Aİ hava məkanında fəaliyyət göstərən aviadaşıyıcılardan Avropa karbon bazarından bu cür güzəştlər alması tələb olunur, lakin onların əksəriyyəti pulsuz təmin edilir.

Ekoloji təmiz aviasiya yanacağından istifadə edən daşıyıcılara məhdud sayda pulsuz güzəştlər davam edəcək. Belə yanacaqlar kerosin kimi yanacaqlardan xeyli bahadır, buna görə də qiymət fərqi kompensasiya olunacaq,

Qanun yalnız ölkədaxili uçuşlara şamil ediləcək, lakin 2026-cı ildən sonra Aİ hüdudlarından kənara uçan reyslər üçün əlavə emissiya haqqının tətbiqi təklif oluna bilər. Beynəlxalq Mülki Aviasiya Təşkilatının karbonun əvəzləşdirilməsi və azaldılması sxeminin qeyri-kafi olduğu sübut olunarsa, Aİ bu təşəbbüslə çıxış edəcək.

Qanunun qüvvəyə minməsindən əvvəl bütün Aİ ölkələri və Avropa Parlamenti onu rəsmi şəkildə təsdiqləməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti