...

Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edəcək

Dünya xəbərləri Materials 8 Dekabr 2022 23:54 (UTC +04:00)
Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edəcək

Bakı. Trend:

Avropa İttifaqı ölkə daxilində davam edən etirazların yatırılması ilə əlaqədar, həmçinin Rusiyaya hərbi texnika tədarük etməsi ilə əlaqədar İrana qarşı sanksiyalar hazırlayır.

Trend xəbər verir ki, sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasını ehtiva edir.

Dekabrın 12-də Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə yeni sanksiyalar paketinin imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti