...

Antalyada güclü yağış fəsadlar törədib, küçələr su altında qalıb

Dünya xəbərləri Materials 12 Dekabr 2022 08:20 (UTC +04:00)
Antalyada güclü yağış fəsadlar törədib, küçələr su altında qalıb

Bakı. Trend:

Türkiyənin Antalya şəhərinin Kumluca və Finike rayonlarında güclü yağışlar nəticəsində bir sıra evi və küçələri su basıb.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, vəziyyətlə əlaqədar hər iki rayonda yerləşən məktbələrdə dərslər 1 günlük təxirə salınıb.

Kumluca rayonunun meri Mustafa Köleoğlu bildirib ki, vəziyyətlə bağlı yardım üçün Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) müraciət edilib.

Onun sözlərinə görə, son 50 ildə regionda belə güclü yağış görülməyib.

"Xoşbəxtlikdən ölən və ya xəsarət alan yoxdur, lakin vəziyyət çox ciddidir", - deyə M.Köleoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti