...

İspaniya bir neçə enerji şirkətinin fəaliyyətini araşdırmağa başlayıb

Dünya xəbərləri Materials 14 Dekabr 2022 16:45 (UTC +04:00)

Bakı. Trend:

İspaniya Bazar və Rəqabət üzrə Milli Komissiyası rəqabət əleyhinə fəaliyyətdə şübhəli bilinən bir neçə enerji şirkətinə qarşı araşdırmaya başlayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı press-relizdə deyilir.

Məlumata görə, qurum rəqabət əleyhinə fəaliyyətə görə İspaniyanın enerji sektorundakı müxtəlif operatorlar haqqında araşdırmaya başlayıb. Belə ki, müxtəlif şikayətlər daxil olduqdan sonra noyabrın 28-dən dekabrın 2-dək bir neçə şirkətin baş ofisində yoxlamalar aparılıb.

Bazar və Rəqabət üzrə Milli Komissiya hansı şirkətlərdən söhbət getdiyini açıqlamayıb.

"El Confidential" qəzeti yoxlamaların "Repsol", "Cepsa" və "BP" şirkətlərində aparıldığını yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti