Bakı. Trend:
Finlandiyada noyabrda inflyasiya 9,1%-ə yüksəlib. Bu, 1983-cü ildən bəri ən yüksək göstəricidir.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın statistika idarəsinin yaydığı hesabatda deyilir.
Qurumun məlumatına görə, inflyasiyanın sürətlənməsi digər amillərlə yanaşı, elektrik enerjisinin qiymətinin və ipoteka kreditləri üzrə orta faiz dərəcəsinin artması ilə bağlıdır.
Artan inflyasiya ərzaq qiymətlərinin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb olub. Statistika idarəsinin məlumatına görə, noyabr ayında ərzaq məhsullarının qiymətləri ötən illə müqayisədə 16,1% bahalaşıb.