Bakı. Trend:
Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda 2,5 min kvadratmetr sahədə yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, yanğın nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Hadisə yerinə məhkəmə-tibb ekspertləri gəlib. İstintaq zamanı texniki və digər sənədlər götürülür, zəruri ekspertizalar təyin edilir, şahidlər dindirilir.
Yanğının səbəbi barədə məlumat verilmir.