Bakı. Trend:
Şimali Koreyanın ballistik raketləri Pyonqan-Pukto vilayətindən buraxılıb.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən bildirib.
Məlumata əsasən, iki raketin buraxılışı yerli vaxtla saat 11:13-dən 12:05-dək Tonçxan qəzası ərazisindən Yaponiya dənizinə doğru həyata keçirilib.
"Nəzarəti gücləndirməklə, ordumuz ABŞ-la sıx əməkdaşlıqda tam hazır vəziyyətdədir”, - deyə komitədən bildiriblər.