...

Sloveniyanın yeni prezidentinin and içmə mərasimi olub

Dünya xəbərləri Materials 23 Dekabr 2022 05:28 (UTC +04:00)
Sloveniyanın yeni prezidentinin and içmə mərasimi olub

Bakı. Trend:

Sloveniya Respublikasının yeni seçilmiş prezidenti Nataşa Pirts-Musar ölkə parlamentinin Dövlət Assambleyasının (aşağı palata) iclasında and içib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Sloveniya Mətbuat Agentliyi məlumat verib.

Qeyd edilir ki, N.Pirts-Musar respublikanın konstitusiyasına əməl edəcəyinə, vicdanla hərəkət edəcəyinə və Sloveniyanın çiçəklənməsi üçün çox çalışacağına söz verib.

Xatırladaq ki, noyabrın 13-də Sloveniyada keçirilən prezident seçkilərinin ikinci turunda N.Pirts-Musar qalib gəlib. O, səslərin 53,89 faizini qazanıb. Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqara seçicilərin 46,11%-i səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti