Bakı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfər edib.
Trend xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb. Lukaşenko Yuri Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzinə baş çəkəcək. O, mərkəzin işi, kosmonavtların seçilməsi və hazırlanması sistemi ilə tanış olacaq. K
osmik sektorda Belarus-Rusiya əməkdaşlığının gələcək perspektivlərinin müzakirəsi də planlaşdırılır.