...

İspaniyada avtobusun çaya aşması nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 25 Dekabr 2022 23:15 (UTC +04:00)
İspaniyada avtobusun çaya aşması nəticəsində 6 nəfər ölüb

Bakı. Trend:

İspaniyanın Qalisiya muxtar icmasında sərnişin avtobusu Leres çayına aşıb.

Trend xəbər verir ki, bu barədə bazar günü "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər həlak olub, sürücü də daxil olmaqla 2 nəfər xilas edilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti