Bakı. Trend:
İtaliyanın Milan şəhərində yeniyetmələrin həbsxanasından 7 nəfər qaçıb.
Trend xəbər verir ki, qaçan məhbuslar 17-19 yaş aralığındadırlar. Onlardan 2-si qısa müddətdə yaxalansa da, digər 5-nin axtarışı davam etdirilir.
Məhbuslar qaçarkən bəzi dustaqlar etiraz əlaməti olaraq bir neçə kamerada yanğın törədib.