...

İstanbul üçün xəbərdarlıq: Çölə çıxmayın!

Dünya xəbərləri Materials 2 Yanvar 2023 12:39 (UTC +04:00)
İstanbul üçün xəbərdarlıq: Çölə çıxmayın!

Bakı. Trend:

Türkiyədə mütəxəssislər həftənin ilk günü havanın çirkli olması ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə, İstanbulda bu həddin aşdığını qeyd edən mütəxəssislər bunun ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda iri hissəcik PM10 çirkliliyinin riskli səviyyəyə çatdığını açıqlayan Ekologiya Nazirliyinin keçmiş müşaviri Prof. Dr. Mustafa Öztürk "Uşaqlar və yaşlılar üçün çox riskli havadır. PM2.5 çirkliliyi bir neçə gün insan sağlamlığına zərər verəcək səviyyədə olacaq. Çöldə gəzənlərə maska ​​taxmaları tövsiyə olunur” deyə xəbərdarlıq edib.

İstanbul Universiteti Ətraf Mühit Mühəndisliyi Bölümündən hava çirkliliyi üzrə mütəxəssis Prof. Ülkü Alver Şahin də qeyd edib ki, İstanbulda havanın keyfiyyəti pisdir. İncə PM səviyyəsi sağlam deyil. Çöldə maskadan istifadə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti