Bakı. Trend:
Filippin sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Trend ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Bislinq yaşayış məntəqəsindən 72 şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlik yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.