...

Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanımaq niyyətindədir

Dünya xəbərləri Materials 3 Yanvar 2023 04:32 (UTC +04:00)
Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanımaq niyyətindədir

Bakı. Trend:

Britaniya hakimiyyəti yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) terror təşkilatı kimi tanımağa hazırlaşır.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi mənbələrə istinadən "The Daily Telegraph" qəzeti məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına salınmasından sonra SEPAH-a mənsub olma, həmçinin onun fəaliyyətində iştirak etmə, onun simvollarını daşıma və fəaliyyətini dəstəkləmə Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək. Bildirilir ki, SEPAH-ın terror təşkilatı kimi tanınmasını daxili işlər naziri Suella Braverman və təşəbbüsün əsas müəllifi hesab edilən nazirin müavini Tom Tugendhat dəstəkləyir.

Ümumilikdə, 2000-ci ildən müvafiq qanunvericiliyin qəbulundan sonra Böyük Britaniyada 78 təşkilat terrorçu kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti