...

Fevralda Türkiyədə beynəlxalq qaz konfransı keçiriləcək

Dünya xəbərləri Materials 5 Yanvar 2023 00:00 (UTC +04:00)

Bakı. Trend:

Fevralda Türkiyənin İstanbul şəhərində beynəlxalq qaz konfransı keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz bildirib.

F.Dönməz Avropaya qaz tədarükçüləri və istehlakçıların iştirakı ilə fevral ayında İstanbulda beynəlxalq konfrans keçirməyi planlaşdırdığını təsdiqləyib.

Bundan əvvəl Türkiyənin energetika naziri bildirib ki, qarşıdakı görüşdə Avropaya təbii qazın nəqli üçün Türkiyə ərazisində enerji mərkəzinin yaradılması məsələsinin müzakirəsi planlaşdırılır.

F.Dönməz həmçinin qeyd edib ki, Türkiyə enerji mərkəzi daxilində bağlanacaq əməliyyatlara hər hansı məhdudiyyət və ya nəzarət tətbiq etmək niyyətində deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti