...

Almaniyada terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 8 Yanvar 2023 12:22 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın qərbində yerləşən Kastrop-Rauksel (Şimali Reyn-Vestfaliya) şəhərində zəhərli maddələrdən - sianid və risindən istifadə etməklə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə bazar günü Düsseldorfun Baş Prokurorluğu, Reklinqhauzen və Münster polisinin birgə açıqlamasında deyilir.

İş üzrə əsas təqsirləndirilən şəxs “dövlət üçün təhlükə yaradan ağır cinayəti hazırlamaqda şübhəli bilinən” 32 yaşlı İran vətəndaşıdır. Bildirilir ki, o, terror aktı törətmək üçün sianid və risin alıb.

Bundan əlavə, "WDR"in məlumatına görə, onun qardaşı da saxlanılıb.

Hüquq-mühafizə orqanları dünən axşam Kastro-Raukseldə iranlının yaşadığı evdə axtarış aparıblar. Kimyəvi maddələr əlavə tədqiqat üçün mavi qablarda çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti