...

Çexiyada prezident seçkilərinin ikinci turuna yüksələnlərin adları məlum olub

Dünya xəbərləri Materials 14 Yanvar 2023 22:47 (UTC +04:00)
Çexiyada prezident seçkilərinin ikinci turuna yüksələnlərin adları məlum olub

Bakı. Trend:

Çexiyanın keçmiş baş naziri Andrey Babiş və NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel prezident seçkilərinin ikinci turuna keçiblər.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi bülletenlərin 80%-nin hesablanmasının nəticələrinə əsasən xəbər verib.

A.Babiş hələki 36 faiz, P.Pavel isə 34 faiz səs toplayıb. Üçüncü yerdə 14 faiz səslə Mendel adına Kənd Təsərrüfatı və Meşə Universitetinin keçmiş rektoru Danuşe Nerudovadır.

Prezident seçkilərinin ikinci turu yanvarın 27 və 28-nə nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti