Bakı. Trend:
ABŞ Kosmik Qüvvələrinin maraqları üçün "USSF-67" missiyası ilə "Falcon Heavy" agır raketinin buraxılışı bir gün təxirə salınıb.
Trend-in məlumatına görə, bu barədə daşıyıcının istehsalçısı "SpaceX" şirkəti bildirib.
Missiya çərçivəsində "CBAS-2" (Continuous Broadcast Augmenting SATCOM 2) hərbi rabitə peyki geostasionar orbitə buraxılmalıdır.
ABŞ Kosmik Sistemlər Komandanlığının məlumatına görə, "CBAS-2" ölkə rəhbərliyinə və döyüş komandanlığına dəstək olmaq üçün mövcud hərbi peyk rabitəsinin imkanlarını genişləndirəcək.