Bakı. Trend:
Yanvarın 9-dan 15-nə kimi dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 13 minə yaxın insan ölüb. Xəstəliyə yoluxma hallarının sayı ötən yeddi gün ilə müqayisədə 9 faiz azalıb, ölüm hallarının sayı isə 1 faizə qədər artıb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində deyilir.
ÜST-nin informasiya bülleteninə əsasən, dünyada həftə ərzində xəstəliyə 2 754 445 yoluxma və 12 923 ölüm halı qeydə alınıb. Yaponiya yeddi gün ərzində ən çox - 1 025 321 yoluxma halı barədə məlumat verib. Daha sonra ABŞ (415 864), Koreya Respublikası (286 291), Avstraliya (191 750) və Çin (190 451) qərarlaşıb. Birləşmiş Ştatlarda həftə ərzində ən çox - 3 922 ölüm halı qeydə alınıb. Daha sonra Yaponiya (2 849), Çin (802), Avstriya (742) və Fransa (520) yer alıblar.