...

İsveçdə islamofobiyanın dəstəklənmədiyi bildirilib

Dünya xəbərləri Materials 22 Yanvar 2023 00:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması İsveç hakimiyyətinin islamofobiyanı dəstəklədiyi anlamına gəlmir.

Trend-in məlumatına görə, bu barədə İsveç Xarici İşlər Nazirliyi Tobias Billström deyib.

"İslamofob təxribatlar dəhşətlidir. İsveçdə geniş ifadə azadlığı var, lakin bu o demək deyil ki, İsveç hökuməti və ya mən ifadə olunan fikirləri dəstəkləyirik", - deyə o qeyd edib.

Sağçı ekstremist "Sərt Kurs" partiyasının lideri Rasmus Paludanın növbəti aksiyası - Stokholmdakı "Diplomatik qəsəbə"də polis tərəfindən mühasirəyə alınan zonada Türkiyə səfirliyi qarşısında Quranın açıq şəkildə yandırılması baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti