...

Filippində daşqın nəticəsində ölənlərin sayı 35-ə çatıb

Dünya xəbərləri Materials 22 Yanvar 2023 08:04 (UTC +04:00)
Filippində daşqın nəticəsində ölənlərin sayı 35-ə çatıb

Bakı. Trend:

Filippində daşqınlar nəticəsində azı 35 nəfər ölüb, 7 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Risklərin Xəbərdarlığı və Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Şurasının hesabatında bildirilib.

Məlumata əsasən, 121,9 min məcburi köçkün 358 təxliyyə mərkəzindədir. Ən azı 14,3 min nəfər əvvəlcədən evlərini tərk edib, 12 vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Respublikanın 14 bölgəsində daşqınlar və sürüşmələr də daxil olmaqla 1,41 mindən çox təbii fəlakət hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti