...

Braziliya və Argentina vahid valyuta yaradırlar

Dünya xəbərləri Materials 23 Yanvar 2023 01:29 (UTC +04:00)

Bakı. Trend:

Braziliya və Argentina bazar günündən etibarən Braziliya Prezidenti Lula da Silvanın Buenos-Ayresə səfəri zamanı vahid valyutaya hazırlıq işlərinə başlandığını elan etməyi planlaşdırırlar.

Trend-in məlumatına görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Argentinanın İqtisadiyyat naziri Sergio Massa qəzetə açıqlamasında deyib ki, vahid valyutaya keçid üçün lazım olan parametrlərin araşdırılmasına başlamaq barədə qərar veriləcək.

Nazir qeyd edib ki, digər Latın Amerikası ölkələri də layihəyə qoşulmağa dəvət olunurlar.

Qəzetin məlumatına görə, Argentina və Braziliya son bir neçə ildə vahid valyutanın yaradılmasını müzakirə etsə də, bu təşəbbüsə qarşı çıxan Braziliya Mərkəzi Bankının mövqeyinə görə danışıqlar baş tutmayıb. İndi hər iki dövlətə solçu siyasətçilər rəhbərlik etdiyi üçün layihə böyük dəstək alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti