Bakı. Trend:
ABŞ polisinin xüsusi təyinatlıları Monterey-Park şəhərində (Kaliforniya, ABŞ) atəş açan şəxsin ola biləcəyi furqon mühasirəyə alıb.
Trend-in məlumatına görə, bu barədə "CBS" televiziya kanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.
Məlumata əsasən, şübhəli bilinən şəxs intihara cəhd edib.
"[Maşının] içindəki şəxs öldü”, -deyə "ABC" telekanalının aparıcısı bildirib. O qeyd edib ki, ölən şəxsin polisin Monterey-Parkında atışma ilə bağlı axtardığı şəxs olduğuna dair hələ heç bir təsdiq yoxdur.
Şübhəli bilinən şəxsin ölümü polisin furqonun şüşələrini sındıraraq avtomobilə daxil olmasından sonra müəyyən edilib.