...

İlon Mask “Twitter”in yeni səhmlərini satmaq istəyir

Dünya xəbərləri Materials 27 Yanvar 2023 06:18 (UTC +04:00)
İlon Mask “Twitter”in yeni səhmlərini satmaq istəyir

Bakı. Trend:

İlon Maskın komandası şirkətin yeni səhmlərini satmağı düşünür.

Trend xəbər verir ki, İlon Mask bu yolla “Twitter” şəbəkəsinin borcunu ödəməyi və 3 milyard dollar məbləğində maliyyə vəsaiti cəlb etməyi nəzərdə tutur.

Dekabr ayında sahibkarın nümayəndələri artıq investorlarla danışıqlar aparıblar. Onlar alınan vəsaitlə ən bahalı kreditlərin ödənəcəyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti