...

İsrail ordu və polisi gücləndirmək, eləcə də silahın əldə edilməsini sadələşdirmək qərarına gəlib

Dünya xəbərləri Materials 29 Yanvar 2023 05:13 (UTC +04:00)
İsrail ordu və polisi gücləndirmək, eləcə də silahın əldə edilməsini sadələşdirmək qərarına gəlib

Bakı. Trend:

İsrail hakimiyyəti ordu və polisi gücləndirmək, eləcə də silahın əldə edilməsini sadələşdirmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə ölkənin baş naziri Binyamin Netanyahunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Hərbi-siyasi kabinet bu gün axşam saatlarında terrorizmlə mübarizə üzrə bir sıra tədbirlər və terrorçuların və onları dəstəkləyənlərin ödəyəcəkləri dəqiq bədəl haqqında qərar qəbul edib", - deyə açıqlamada bildirilir.

Bildirilir ki, bu tədbirlər sırasında silah gəzdirmək üçün icazələrin alınması prosedurunun sadələşdirilməsi, ordu və polis bölmələrinin gücləndirilməsi, habelə qanunsuz saxlanılan silahların müsadirə edilməsi üzrə saxlanılma və məqsədyönlü əməliyyatlar praktikasının genişləndirilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti