...

Çexiyada "Toyota" avtomobil zavodunun fəaliyyəti dayandırılıb

Dünya xəbərləri Materials 2 Fevral 2023 07:46 (UTC +04:00)
Çexiyada "Toyota" avtomobil zavodunun fəaliyyəti dayandırılıb

Bakı. Trend:

Yaponiyanın "Toyota" avtomobil konserninin Çexiyanın Kolin şəhərindəki zavodu çərşənbə günündən fevralın sonunadək komponentlərin çatışmazlığı səbəbindən dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə "ÇTK" informasiya agentliyi müəssisənin mətbuat katibi Tomaş Paroubkaya istinadən bildirib.

"Avtomobil zavodunda istehsal komponentlərin çatışmazlığı səbəbindən demək olar ki, fevralın sonuna qədər dayandırıldı. İşçilər ayın son həftəsində konveyerə qayıtmalıdırlar. Dəqiq tarix hələ təyin edilməyib", - deyə T.Paroubka bildirib.

İstehsalatda yaranan fasilə müəssisədə təmir-texniki işlərinə sərf olunacaq. Məcburi fasilələr zamanı avtomobil zavodunun işçiləri müəyyən edilmiş əmək haqqının 80 faizini alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti