...

NATO zəlzələdən əziyyət çəkmiş Türkiyəyə yardım göndərəcək

Dünya xəbərləri Materials 6 Fevral 2023 16:50 (UTC +04:00)
NATO zəlzələdən əziyyət çəkmiş Türkiyəyə yardım göndərəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

NATO Türkiyəyə dağıdıcı zəlzələ ilə əlaqədar olaraq köməklik göstərməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq öz Tvitter səhifəsində paylaşım edib.

"Müttəfiqimiz Türkiyə ilə bu dəhşətli zəlzələnin nəticələri ilə əlaqədar olaraq tam həmrəylimizi ifadə edirik. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə davamlı əlaqə saxlayıram və ittifaqın üzvləri hazırda müttəfiqimizə köməklik göstərilməsi üzrə tədbirlər görməkdədir", - o deyib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 014 nəfər həyatını itirib, 7 003 nəfər yaralanıb, 2 824 bina dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti