...

İsveç Türkiyəni dəstəkləmək üçün Aİ-nin fövqəladə vəziyyətə reaksiya mexanizmini işə salıb

Dünya xəbərləri Materials 7 Fevral 2023 01:08 (UTC +04:00)
İsveç Türkiyəni dəstəkləmək üçün Aİ-nin fövqəladə vəziyyətə reaksiya mexanizmini işə salıb

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən İsveç Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Aİ-nin ən yüksək fəlakətlərə cavab sistemi olan İnteqrasiya edilmiş Siyasi Böhranlara Müdaxilə Sisteminin (IPCR) tətbiqinə təşəbbüs göstərib.

Trend-in məlumatına görə, bu barədə İsveç sədrliyinin açıqlamasında bildirilib.

"İsveç sədrliyi fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələlərə cavab olaraq Aİ-nin yardımını koordinasiya etmək üçün İnteqrasiya edilmiş Siyasi Böhrana Cavab Sistemini aktivləşdirməyə qərar verib. Koordinasiya iclası bu gün Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində keçirilib", - deyə qeyd olunub.

Bu sistem təbii və texnogen fəlakətlərə reaksiyanın ən yüksək formasıdır. Bu gün səhər qüvvəyə minən Avropa Mülki Müdafiə Mexanizmindən fərqli olaraq, IPCR çərçivəsində Aİ ölkələrinin köməyini əlaqələndirmək üçün daimi fəaliyyətə təkcə fövqəladə hallar üzrə mütəxəssislər deyil, Avropa İttifaqı qurumlarının və Aİ dövlətlərinin yüksək rütbəli rəsmiləri də daxil edilib. Nəzəri olaraq, bu, qərarların qəbulunu sürətləndirməli və daha qısa müddət ərzində böyük həcmdə ünvanlı yardımın ayrılmasını asanlaşdırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti