...

Dağılan binaların tikintisində səhlənkarlıq edənlər bunun cavabını verəcəklər - Türkiyənin ədliyyə naziri

Dünya xəbərləri Materials 8 Fevral 2023 15:02 (UTC +04:00)
Dağılan binaların tikintisində səhlənkarlıq edənlər bunun cavabını verəcəklər - Türkiyənin ədliyyə naziri

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dağılan binaların tikintisində səhlənkarlıq edənlər bunun cavabını verəcəklər.

Trend-in məlumatına görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

"Diyarbakır Baş prokuroru Mustafa Çelenk artıq araşdırmalara başlayıb. Amma hazırda prioritetimiz xilasetmə işləri, dağıntılar altından insanlarımızı xilas etməkdir. Bundan sonra məhkəmə prosesi davam edəcək. Əgər kiminsə səhlənkarlığı, günahı varsa, bunun hesabını verəcəkdir. Heç kim etdiklərinə görə cəzasız qalmayacaq. Buna əmin olun", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə yüksəlib, yararlıların sayı isə 49 133-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti