...

Türkiyədə zəlzələdə ölənlərin sayı 29 605-ə çatdı

Dünya xəbərləri Materials 12 Fevral 2023 17:58 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələdə ölənlərin sayı 29 605-ə çatdı.

Trend-in məlumatına görə, yaralı sayı isə 80 278 nəfərdir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti