...

Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var

Dünya xəbərləri Materials 13 Fevral 2023 08:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Kastamonu əyalətində sərnişin avtobusu aşıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 30 nəfər xəsarət alıb.

Məlumata əsasən, Ankaradan Sinopa gedən avtobusun aşmasına səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım maşınları yaralıları xəstəxanaya çatdırıblar.

Qeyd edilir ki, qəza zamanı avtobusda 40 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti