...

“Rheinmetall” F-35 qırıcıları üçün hissələrin istehsalı ilə bağlı danışıqlar aparır

Dünya xəbərləri Materials 18 Fevral 2023 05:36 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın “Rheinmetall” müdafiə konserni F-35 döyüş təyyarələri üçün hissələrin istehsalında “Lockheed Martin” və “Northrop Grumman” şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə cümə günü alman şirkətinin saytında məlumat verilib.

Bildirilib ki, “Lockheed Martin” və “Northrop Grumman” F-35-in mərkəzi gövdəsi üçün perspektivli strateji təchizat mənbəyi kimi “Rheinmetall” ilə niyyət sənədi imzalayıblar.

Qeyd edək ki, F-35 Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən, tək pilotlu, tək mühərrikli döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün yaradılıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti