Bakı. Trend:
Türkiyə və ABŞ NATO müttəfiqliyi və uzunmüddətli tərəfdaşlığı ilə bağlıdırlar.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
Departamentdən bildirilib ki, ABŞ fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında lazımi yardım göstərməyə davam edəcək:
"ABŞ və Türkiyə böhran zamanlarında, regional təhlükəsizlik və rifah naminə birgə işləmək üzrə zəngin tarixə malikdir". Həmçinin qeyd olunub ki, 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə alyansın bütün dünyada, o cümlədən Əfqanıstan, İraq və Balkanlardakı missiyalarını dəstəkləyir.