Bakı. Trend:
Hatay əyalətində baş verən zəlzələdə xəsarət alan 8 nəfər xəstəxanalara yerləşdirilib.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.
Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.