Bakı. Trend:
Tunisdə bir neçə müxalif siyasətçi terrorla əlaqədar işlər üzrə məhkəmənin qərarı ilə həbs edilib.
Trend-in məlumatına görə, bu barədə "Mosaïque FM" radiostansiyası bildirib.
Milli Qurtuluş Cəbhəsinin (MQC, müxalifət partiya və hərəkatlarının alyansı) fəalı Şaima Aissa həbs edilib. O, dövlətin daxili təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə dəstə yaratmaqda ittiham olunub. MQC rəhbərlərindən biri, hüquqşünas Rida Belhadj həbs edilib. O, dövlətin təhlükəsizliyinə qarşı sui-qəsddə iştirakda ittiham olunur. Eyni həbs-qətimkan tədbiri daha əvvəl saxlanılan sol mərkəzçi Demokratik Cari Partiyasının keçmiş baş katibi Qazi Şauaşi və Respublikaçılar Partiyasının baş katibi İssam Şebbi barəsində də seçilib.