...

Şimali Koreya iki ballistik raket buraxıb

Dünya xəbərləri Materials 14 Mart 2023 03:52 (UTC +04:00)
Şimali Koreya iki ballistik raket buraxıb

Bakı. Trend:

Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, raketlər yerli vaxtla saat 07:41-dən 07:51-dək (Bakı vaxtı ilə saat 02:41-dən 02:51-dək) ​​Xvanxe-Namdo əyalətinin Çanqyonq rayonundan Şərq dənizi istiqamətinə doğru buraxılıb.

"Yonhap" agentliyinin məlumatına görə, daha əvvəl bu ərazidən heç bir ballistik raket buraxılışı qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti