...

Parisdə polislər etiraz aksiyasını zorakılıqla dağıtdı: 200-dən çox saxlanılan var (VİDEO)

Dünya xəbərləri Materials 17 Mart 2023 05:10 (UTC +04:00)
Parisdə polislər etiraz aksiyasını zorakılıqla dağıtdı: 200-dən çox saxlanılan var (VİDEO)

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhərində cümə axşamı hüquq-mühafizə orqanları pensiya islahatlarına qarşı aksiyalarda 217 etirazçını saxlayıb.

Trend xəbər verir ki, bu barədə Parisin Polis İdarəsinə istinadən "Le Figaro" telekanalı məlumat yayıb.

Daha əvvəl 120 nəfərin saxlanıldığı bildirilirdi.

Xatırladaq ki, ötən gün Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və polislər arasında toqquşmalar olub. Polislər əməkdaşları gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti