...

Şimali Koreya növbəti ballistik raket atıb

Dünya xəbərləri Materials 19 Mart 2023 08:55 (UTC +04:00)
Şimali Koreya növbəti ballistik raket atıb

Bakı. Trend:

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Cənub Koreyanın "Yonhap" agentliyi mənbələrə istinadən bildirib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri qısa mənzilli ballistik raketin Tonçxanni poliqonu ərazisindən buraxıldığını bildirib.

Yaponiya mətbuatının məlumatına görə, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti