...

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb (VİDEO)

Dünya xəbərləri Materials 22 Mart 2023 06:56 (UTC +04:00)
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb (VİDEO)

Bakı. Trend:

Əfqanıstanda ötən gün axşam saatlarında baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb.

Trend "TASS"a istinadən xəbər verir ki, Pakistanın Hayber-Paxtunxva əyalətinin təbii fəlakətlərlə mübarizə idarəsindən bildirilib ki, əyalətdə 9 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb.

Bundan əlavə, Əfqanıstanın Lağman əyalətində təbii fəlakət 2 nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, ötən gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti