...

İstanbulda “Bayraktar TB3” markalı PUA təqdim ediləcək

Dünya xəbərləri Materials 28 Mart 2023 05:18 (UTC +04:00)
İstanbulda “Bayraktar TB3” markalı PUA təqdim ediləcək

Bakı. Trend:

Aprelin 27-dən mayın 1-dək İstanbuldakı Atatürk aeroportunda “TEXNOFEST-2023” aviasiya və kosmik texnologiyalar festivalı keçiriləcək.

Trend xəbər verir ki, festivalda Türkiyənin “Baykar” şirkəti “Bayraktar TB3” markalı ən yeni zərbə pilotsuz uçuş aparatını (PUA) təqdim edəcək.

“Bayraktar TB3” zərbə dronunun test uçuşları bu il başlanacaq.

Qanadları qatlanıb-açılan “Bayraktar TB3” dünyada ilk dəfə qısa uçuş-enmə zolaqlı dəniz gəmilərinə uçma və enmə əməliyyatlarını yerinə yetirə bilən pilotsuz uçuş aparatı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti