...

"Apple" şirkətdəki iş yerlərinin sayını azaldacaq

Dünya xəbərləri Materials 4 Aprel 2023 05:05 (UTC +04:00)
"Apple" şirkətdəki iş yerlərinin sayını azaldacaq

Bakı. Trend:

"Apple" şirkəti korporativ pərakəndə satış departamentinin işçilərinin sayını azaldacaq.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, şirkət belə bir addımı işdən çıxarma yox, işi optimallaşdırmaq cəhdi adlandırır. İxtisara məruz qalan işçilərin sayı dəqiqləşdirilməyib, lakin az olacağı gözlənilir.

Agentlik bildirir ki, "Apple"ın Kaliforniya ştatının Kupertino şəhərindəki baş ofisi iş yerlərinin sayının azaldılması ilə bağlı şərh verməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti