Bakı. Trend:
Konqo Demokratik Respublikasında silahlı qruplaşma üzvləri 3 kəndə hücum ediblər.
Trend xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Məlumata əsasən, silahlıların kəndlərə hücumu zamanı 40 nəfər kənd sakini qətlə yetirilib.
Qeyd edilir ki, yerli hakimiyyət hücumların "Konqonun İnkişafı üçün Kooperativi"n üzvləri tərəfindən törədildiyini güman edir.