...

Tunis Suriyanın Ərəb Liqasına qayıtmasını dəstəkləyib

Dünya xəbərləri Materials 19 Aprel 2023 00:48 (UTC +04:00)

Bakı. Trend:

Tunis Suriyanın təşkilatın tamhüquqlu üzvü kimi Ərəb Dövlətləri Liqasının sıralarına qaytarılmasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bu barədə iki ölkənin xarici işlər nazirlərinin danışıqlarından sonra edilən bəyanatda bildirilib.

"Tunis Suriyanın Ərəb Liqasının üzvü kimi qayıtmasını dəstəkləmək mövqeyini bir daha təsdiqləyir", - deyə sənəddə qeyd olunub.

Tunis həmçinin vurğulayıb ki, “Suriyadakı təhlükəsizlik və sabitlik bütün regionda sülhə töhfə verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti