...

Türkiyənin Kahramanmaraş vilayətində qasırğa baş verib (VİDEO)

Dünya xəbərləri Materials 21 Aprel 2023 00:01 (UTC +04:00)
Türkiyənin Kahramanmaraş vilayətində qasırğa baş verib (VİDEO)

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş vilayətində qasırğa baş verib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, qasırğa xüsusilə çadırlarda və konteynerlərdə qalan zəlzələdən sağ çıxan əhaliyə zərər vurub.

Bölgədə koordinasiya qubernatoru olaraq çalışan Kırıkkale valisi Bülent Tekbıyıkoğlu, qasırğadan sonra lazımi müdaxiləni etdiklərini, zəlzələ qurbanlarının ən qısa zamanda çadır və konteynerlərinə qaytarılacaqlarını qeyd edib.

"Saat 16.00-a olan məlumata görə, rayonumuzda dolu, ardınca qasırğa olub. Hazırda 40-a yaxın yaralı var. Onlardan ikisinin vəziyyəti nisbətən ağırdır. Təxminən 170-ə yaxın çadıra ziyan dəyib. Çadırları tez bir zamanda təkrar yeniləyib zəlzələdən əziyyətçəkən əhaliyə geri verməyi planlayırıq” – deyə Bülent Tekbıyıkoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti