...

Türk vətəndaşlarının “Port Sudan”-dan təxliyyəsi tamamlanıb

Dünya xəbərləri Materials 29 Aprel 2023 03:45 (UTC +04:00)

Bakı. Trend:

Türk vətəndaşlarının “Port Sudan”-dan təxliyyəsi tamamlanıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən edilən açıqlamada, təxliyyənin "Port Sudan" hissəsinin də tamamlandığı qeyd edilib.

“Münaqişələrin davam etdiyi Sudandan vətəndaşlarımızı təxliyə etməyə davam edirik. Hərbi Hava Qüvvələrimizə məxsus A400M tipli ağır nəqliyyat təyyarələrimizlə daha 101 vətəndaşımız sağ-salamat ölkəmizə aparılıb. Beləliklə, evakuasiya əməliyyatının Port Sudan hissəsi tamamlanıb” – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Son məlumata görə, döyüşlər nəticəsində 420 dinc sakin həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti