Ürgənc. Trend:
Özbəkistanda, Xorəzm vilayətinin Ürgənc şəhərinin 49 nğmrəli seçki məntəqəsində konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə keçirilir.
Trend-in müxbirinin verdiyi məlumata görə, səhər saatlarından insanlar səs vermək üçün buraya toplaşıblar.
Bu məntəqədə ümumilikdə 1200-dən çox insan səs verə bilər. Ürgənc sakinləri də səsverməyə ailələri ilə gəlirlər. Səs verənlər dərhal xatirə şəkli çəkdirirlər.
Məntəqədə səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.
Özbəkistanın 611 mindən çox vətəndaşı Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda artıq erkən səs verib.